Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin (FTX) məzunları Moskvanın mərkəzində avtomobil yarışları keçiriblər. Məlumata görə, iyunun 21-də Moskvanın mərkəzində 30 ədəd \”Mercedes-Benz Gelandewagen\” markalı qara rəngli avtomobillərin peydə olması sakinlərin marağına səbəb olub.
Məlum olub ki, gələcək federal təhlükəsizlik əməkdaşları maşınları 2-3 saatlıq kirayəyə götürüblər və şəhərin mərkəzində yüksək sürətlə və yol qaydalarını pozaraq hərəkət ediblər.
Hadisənin görüntüləri sosial şəbəkələrə düşər düşməz \”avtoşlar\” istifadəçilər tərəfindən şərh atəşinə tutulub. Şərhlərdən çoxu neqativ xarakter daşıyıb. İnsanlar ölkənin təhlükəsizliyini qorumalı olan gənclərin belə bir addım atdıqlarından hiddətləniblər.
FTX-in general-mayoru Aleksandr Mixailov isə gəncləri hətda Vətənə xəyanətdə ittiham edib. \”Bu Vətənə xəyanətdir! Xidmət maraqlarının satqınlığı. Belə şəkilləri necə internetdə paylaşmaq olar? Biabırçılıq! FTX akademiyası məzunları Moskvada yol qaydalarını pozaraq hərəkət ediblər. Onların yarısı xidmətdən kənarlaşdırmalı yarısına isə xəbərdarlıq edilməlidir.\”
Bu Moskvada \”Gelandewagen\” avtomobilinin iştirakı ilə baş verən ilk səs-küylü hadisə deyil. Mayın 26-da \”Lukoil\” şirkətinin vitse-prezidenti Azat Şamsuarovun oğlu Ruslan Şamsuarov və onun dostlarının olduğu maşın Rusiyanın paytaxtının küçələrində yol polisinə çətin anlar yaşadıb. \”Mercedes Gelandewagen\” polislərlə küçələrdə \”ölüm yarışına\” çıxıb. Polis maşınları onların içində olduğu nömrəsiz bahalı maşını qovub.
Onlar nömrəsiz maşınla polisdən qaçmağa çalışsalar da bu alınmayıb. Polis onları qovan və saxlayan zaman gənclər \”Periscope\” sosial şəbəkədən canlı yayıma çıxıblar. Onlar baş verənləri anbaan çəkərək paylaşıblar. Hətta Ruslan polislər onları saxlayandan sonra da baş verənləri çəkərək paylaşıb. (ans)
İnterpress.az