Bu gün bu şəxs Nərimanov metrosu çıxışında bankomatların qarşısında oturan gördüm. Ayağı yara içindəydi. İlk öncə dilənçi zənn elədim. Ayağını qəsdən yaralayıb pul dilədiyini də düşündüm. Amma ayağı şiş və yara içindəydi. Soruşdum, dedi ki, şəkər xəstəsidir və ayağı amputasiya olunacaq. Yəni ayağını itirəcək. Müalicə də almayıb.
Ayağını kəsməyə Qarayevdə xəstəxanada 500 azn istəyiblər. Məqsədim insanlardan pul filan yığmaq, aksiya keçirmək deyil. Heçkəsin kefini də pozmaq istəmirəm. Müalicə üçün son şans kimi dünən Heydər Əliyev fonduna müraciət edib hələ bir cavab yoxdur.
Şəhərin ortasında bir nəfərin ağrıdan zarımasına, güvənəcək bir yerinin olmamasına, çarəsizliyinə təəssüfləndim. Həkim dostlarınız, bu işin qanuni yolunu bilən kimlərsə varsa tag edin. Şəklini çəkdikdən sonra dedi ki, göstər görüm necə düşmüşəm. Ona necə kömək edəcəyimizi fikirləşək. Dövlət xəstəxanasında pulsuz müalicə ala biləcəyini desəm də güldü.
Qeyd : Haqqında öyrəndiyim. Adı : Abdullayev İslam Oruc oğlu
2-ci qrup əlildir. Ayda 55 manat təqaüd alır
Ev telefonu :012 -450-26-06.
Sabunçu qəsəbəsi Dadaşov küçəsi ev 16. da yaşayır. (feminism)
İnterpress.az