Xəbərin davamında mövzu ilə bağlı iddialar bu şəkildə yer alıb: Sünni din xadimləri illərdir milyonlarla şiənin hər il Mədinədə yaşıl günbəzinin altında olan peyğəmbər türbəsini ziyarət edib dualar oxumasını qəzəblə izləyir. Səudiyyə Ərəbistanda geniş yayılmış olan vahabiliyə görə, bu əməl Allaha şərik qoşmaqdır.
Peyğəmbər türbəsinin yox edilməsinin ideyası da milyonlarla şiədə böyük qəzəb oyadır. Xüsusilə Suriya və İraqdakı hadisələr nəticəsində məzhəblərarası münasibətlərin gərgin olması belə bir aktın münaqişələri daha da alovlandıracağına bənzəyir. Müsəlmanlar üçün sağlamlıq və maddi imkanları uyğun olduqda həyatlarında bir dəfə həcc səfəri zəruridir. Həcc ziyarəti Səudiyyə Ərəbistanında yerləşən Məkkəyə səfər etməklə baş verir.
Ziyarətçilərin bir çoxu Məkkədən sonra peyğəmbərin türbəsinin yerləşdiyi Mədinəni də ziyarət edir. Əldə edilən hesabatda peyğəmbərin həyatını keçirdiyi otaqların dağıntısı da yer alır. Bu otaqlar türbənin ətrafındadır. Hesabatda \”şərik qoşmağa mane olmağın yeganə yolu məzarın anonim bir yerdə basdırılmaq üçün köçməsidir\” sözlərinə yer verilir. Hələlik bu planlar həqiqətən qüvvəyə minəcək kimi görünmür. Səudiyyə kral ailəsi İslamın ən müqəddəs yerlərə ən kiçik dəyişikliyin belə böyük bir diqqətlə araşdırıldığınıbildirir. (Eastnews.org)
İnterpress.az