Rusiya-Türkiyə yaxınlaşması Ermənistanı qorxuya saldıbackend

Rusiya-Türkiyə yaxınlaşması Ermənistanı qorxuya saldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə Türkiyənin münasibətlərinin yenidən yaxşılaşması Ermənistanı qorxuya salıb. Məlumata görə, Ermənistanın KİV-ri bu yaxınlaşmanın ölkə iqtisadiyyatına ciddi zərbə vuracağını qeyd edir. Jurnalistlər yazır ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin Türkiyə ilə ticarətə qoyulan məhdudiyyətləri aradan qaldırır və Türkiyə ilə barışıq prosesi başlayır. Bundan başqa Rusiya vətəndaşlarına Türkiyədə istirahətə artıq icazə verilib.

Tezliklə Rusiya bazarına türk kənd təsərrüfatı (k/t) məhsullarının ixrac yolu da açılacaq: \”Putin açıqlamalarında Ermənistan-Rusiya iqtisadi əməkdaşlığı, eləcə də Rusiya bazarında erməni kənd təsərrüfatı məhsullarının artımının qeydə aldındığını deyib. Həmin çıxışdan bir neçə gün sonra isə Rusiya ilə Türkiyə barışdı. Belə olan halda ilk zərbəni də elə məhz Ermənistan k/t məhsullarının istehsalçıları alacaqlar.

Məsələ ondadır ki, Ermənistan kənd təsərrüfatı məhsullarının artımı onsuzda Rusiya bazarında adıçəkilən ölkə ilə iqtisadi əlaqələrdən asılı deyildi. Bu barədə Putin və bir çox erməni məmurları nağıllar danışırdı. Bu artımın olması Moskva ilə Ankaranın münasibətlərinin pozulmasından və rəsmi Moskvanın bu ölkənin Rusiyaya kənd təsərrüfatı məhsullarının idxalına qoyduğu qadağadan asılı idi\”.

Rusiya-Türkiyə yaxınlaşması Ermənistanı qorxuya saldı

Vladimir Putin
İndi Ermənistanda Moskva-Ankara münasibətlərinin bərpa edilməsinin yenidən erməni kənd təsərrüfatı məhsullarının Rusiya bazarında ciddi rəqiblə qarşılaşmasına səbəb olacağı haqda düşünürlər.

\”Çox güman ki, yaxın vaxtlarda Türkiyə məhsullarına qoyulan qadağa götürüləcək və türklərlə keçmiş münasibətlər yenidən bərpa olunacaq. Ancaq burada bir sıra obyektiv və subyektiv halları nəzərə alaraq, etiraf etmək lazımdır ki, erməni kənd təsərrüfatı məhsullarını Türkiyə məhsulları ilə rəqabət apara bilməz. Çünki həmin məhsullar hətta yerli bazarda Türkiyə məhsulları ilə rəqabətə tab gətirmək qabiliyyətində deyil, o ki qaldı hələ Rusiya bazarında…\”

İrəvan Rusiya-Türkiyə münasibətlərinin yenidən bərpa edilməsinin Ermənistanın mövcudluğu üçün böyük təhdid olduğunu özü də gözəl anlayır.

Rusiya-Türkiyə yaxınlaşması Ermənistanı qorxuya saldı

Rusiya-Türkiyə münasibətlərinin yenidən yaxşılaşmasının və bunun fonunda türk məhsullarının yenidən Rusiya bazarına çıxmasının Ermənistana ciddi zərbə olacağı fikirlərinə münasibət bildirən Prezident Administrasiyasının sabiq əməkdaşı, politoloq Tofiq Abbasov bildirdi ki, bu çətin vəziyyətdə olan Ermənistan iqtisadiyatının vəziyyətini daha da ağırlaşdıracaq:

\”Hələ ötən ilin sonlarına doğru Türkiyə – Rusiya münasibətləri korlananda ermənilər bundan maksimum yararlanmaq istədilər. Bunun üçün onlar müxtəlif dünya nəşrlərinə yazılar verdilər, hətta bu münasibətlərin pozulmasını bayram etdilər. Daha sonra isə mənfur niyyətlərini həyata keçirərək Rusiya bazarında Türkiyə kənd təsərrüfatı məhsullarının boşluğunu doldurmağa çalışdılar. Lakin düşünmək lazımdır: Axı Ermənistanın nəyi var? Onlar türk məhsullarının boşluğunu necə dolduracaqlar? Təbii ki, yaranan bu boşluqdan ermənilər maksimum istifadə etməyə çalışdılar. Ancaq iki ölkənin münasibətləri düzələn və k/t məhsullarına qoyulan qadağa götürülən kimi, Ermənistan məhsulları bazardan yenidən sıxışdırılıb çıxarılacaq\”.

Politoloq hesab edir ki, belə olan halda isə Ermənistan iqtisadiyyatı yenidən ağır vəziyyətə düşəcək. (ans)

İnterpress.azhttps://youtube.com/watch?v=KPBkaWeXP-w