Beyləqan rayonunda azyaşlının ölümü ilə nəticələnən yol qəzası baş verib. Məlumata görə, gecə saatlarında rayonun Birinci Aşıqlı kənd sakini, 1971-ci il təvəllüdlü Yaşar Novruzov idarə etdiyi \”Mercedes\” markalı, 11- BG- 172 dövlət nömrə nişanlı \”Mercedes\” markalı avtomobillə hərəkətdə olarkən Dünyamalılar kəndi ərazisindəki körpünün üstündə idarəetməni itirib və avtomobil yoldan çıxaraq yolun kənarındakı qaz borusuna çırpılıb.
Qəza zamanı zərbənin təsirindən boru partlayıb və yanğın başlayıb. Sürücü və avtomobildə olan sərnişinlər yanan maşından düşüb xilas ola bilsələr də, nəqliyyat vasitəsində olan 2011-ci il təvəllüdlü Zaur Nurlan oğlu Novruzov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Beyləqan Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır. (ans)
İnterpress.az