Xəbər verilir ki, bu barədə bazar günü güc strukturlarındakı mənbələrə istinadən \”Əl-Cəzirə\” telekanalı məlumat yayıb.
İnformasiya, hələ ki, öz rəsmi təsdiqini tapmayıb.
Xatırladaq ki, bundan əvvəl ölənlərin 83 nəfər olduğu, 200-dən çox insanın yaralandığı bildirilirdi.
12:42
İraqın paytaxtı Bağdadın mərkəzi məhəllələrindən birində avtomobilin partladılması nəticəsində 80 nəfərə yaxın adam ölüb, 125-dən çox insan yaralanıb.
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, İraq rəsmi dairələrinin məlumatına əsasən partlayış sakinlərin Ramazan ayının başa çatması münasibətilə bazarlıq etdikləri Karrada məhəlləsində törədilib.
Terror aktına görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.
İlkin məlumatlara görə, əvvəlcə minalanmış avtomobil partladılıb, ardınca Bağdadın şərq hissəsində əldəqayırma partlayıcı qurğu işə düşüb. (report)
İnterpress.az