Hindistanda daşqınlar nəticəsində ən azı 40 nəfər ölübbackend

Hindistanda daşqınlar nəticəsində ən azı 40 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın şimalında leysan yağışları nəticəsindən yaranan sürüşmə və daşqınlar nəticəsində ən azı 40 nəfər həyatını itirib.
Bu barədə bazar günü NDTV telekanalı məlumat yayıb.

Təbii fəlakət hələ cümə günü Hindistanın iki şimal ştatına – Uttarakxand və Arunaçal-Pradeşə üz verib.

Son məlumatlara görə, Uttarakxandda 29 nəfər ölüb, 15 nəfər itkin düşüb. Arunaçal-Pradeşin Qərbi Kamenq dairəsində sürüşmə nəticəsində 10 nəfər həyatını itirib.
(musavat)

İnterpress.az