İnterprees.az ın Fövəqladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 1956-cı il təvəllüdlü Qədimov Çingiz İbad oğlunun cəsədi batdığı yerdən 50 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 16:15-də başa çatıb.
Xatırladaq ki, Şəmkir rayonunun Yenikənd su anbarında balıqçı batmlşdır. Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Vətəndaşın axtarışlarına başlanılıb.
İnterpress.az