Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisə yerinə çox sayda yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb edilib. Yanğının söndürülməsi istiqamətində iş gedir.
Yanğın baş verən binanın birinci mərtəbəsində avtomobil servis mərkəzi, ikinci və üçüncü mərtəbələrində isə çay evi yerləşir. Yanğının qarşısı alınmasa, onun geniş miqyas alaraq İstanbul evlərinə də keçmək təhlükəsi ola bilərdi. Yanğın nəticəsində çay evinin bir zalı və avtoyuma məntəqəsi yanıb. Yanğın 18:30-da söndürülüb. İlkin məlumata görə, yanğına səbəb kafenin elektrik naqilindəki qısaqapanma olub. Yanğın nəticəsində xəsarət alan olmayıb. (admiral)
İnterpress.az