Hadisə nəticəsində 13 nəfər həlak olub, 36 nəfər yaralanıb.
İlkin məlumatlara görə, qəza avtobus hərəkət edən zaman ön təkərlərin partlaması səbəbindən baş verib.
Qeyd edək ki, avtobusdakı sərnişinlər müqəddəs torpaqlarda Ümrə ziyarətindən qayıdan misirli zəvvarlar olub. Bildirilir ki, yorulan sürücü bir müddət sonra avtobusun idarə edilməsini oğluna verib. Bir neçə kilometr hərəkət etdikdən sonra avtobus aşıb.
İnterpress.az