Azərbaycanlı hakim Avropa Komissiyasının vitse-prezidenti seçilibbackend

Azərbaycanlı hakim Avropa Komissiyasının vitse-prezidenti seçilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Şurasının saytında verilən məlumata görə, Ramin Qurbanov bu ilin sonunadək bu vəzifəni icra edəcək.

Komissiya Avropa Şurasına üzv dövlətlərin məhkəmə sistemlərinin səmərəliliyinin artırılması və Avropa məkanında ədalət mühakiməsinin səmərəli və ədalətli həyata keçirilməsi ilə bağlı qurumun beynəlxalq hüquqi sənədlərinin tətbiqi məqsədilə yaradılıb.

Ramin Qurbanov 1974-cü ildə ziyalı ailəsində anadan olub. O, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib.

R.Qurbanov müxtəlif illərdə Müdafiə Nazirliyi, Ədliyyə Nazirliyi, AMEA və s. bu kimi qurumlarda hüquq məsləhətçisi, elmi işçi, müəllim, aparıcı və baş mütəxəssis kimi fəaliyyət göstərib. O, 2005-ci ildən Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) üzvü və 2011-ci ildən həmin komissiyanın Avropa Məhkəmə Sistemlərinin Qiymətləndirilməsinə dair Komitəsinin eksperti, 2014-cü ildən isə Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) Bürosuna 47 üzv dövlətin nümayəndəsi tərəfindən gizli səsvermə yolu ilə seçilib.
R.Qurbanov 2013-cü ildən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi işləyir.

İnterpress.az