Rusiya mətbuatından xəbər verilir ki, zərərçəkənlər müxtəlif dərəcəli ağır yaralarla xəstəxanaya yerləşdiriliblər.
Bundan əlavə, mobil telefonla danışan 12 yaşlı oğlanı da ildırım vurub. O, şok keçirsə də, huşunu itirməyib və bütün suallara cavab verə bilir. Təcili yardım maşını onu uşaq xəstəxanasına aparıb.
34 yaşlı Vladimir Q. hadisə yerindəcə ölüb. 36 yaşlı Tatyana Z., 64 yaşlı Valentina Ş., eləcə də 40 yaşlı Svetlana K. və onun 3 yaşlı oğlu Aleksandr xəstəxanaya aparılıblar. (modern.az)
İnterpress.az