Bu barədə “Əl Sumaria” telekanalı xəbər verib.
Qeyd edək ki, ötən gecə İraqın paytaxtı Bağdadın mərkəzində yerləşən Əl-Karrada rayonunda törədilən terror aktı nəticəsində 165 nəfər ölüb, 168 nəfər yaralanıb. Minalanmış avtomobil restoranın qarşısında partladılıb. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
Əvvəlcə minalanmış avtomobil partladılıb, ardınca Bağdadın şərq hissəsində əldəqayırma partlayıcı qurğu işə düşüb.(virtualaz.org)
İnterpress.az