Türkiyədə daha bir terror aktı törədildibackend

Türkiyədə daha bir terror aktı törədildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə KİV-nin verdiyi xəbər görə, terror aktı Mardin vilayətinin Kızıltəpə və Nusaybin rayonlarında həyata keçirilib.

Məlumata görə, Kızıltəpədəki körpü PKK terrorçuları tərəfindən partladılıb.

Partlayıcı maddənin işə salınması ilə biri hamilə qadın və üç mülki vətəndaş ağır yaralanıb.
Yaralılar Kızıltəpə Dövlət Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə baxış keçirən mütəxəssislər partlayıcının əl üsulu ilə hazırlandığını bildirib.

İnterpress.az