Göyçaylıların suyunun qarşısını kəsən yeddibaşlı əjdaha…backend

Göyçaylıların suyunun qarşısını kəsən yeddibaşlı əjdaha…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Göyçay Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovun yarıtmaz fəaliyəti yaratdığı korrupsiya şəbəkəsinin cinayət əməlləri nəticəsində Göyçay rayon ərazisində vətəndaşların təsərüfatları susuzluqdan məhv olur. Çıxılmaz vəziyyətdə qalmışıq. Baxmayarq ki,dövlət hər il Suvarma Sistemləri İdarəsinə küllü miqdarda vəsait ayrır. Göyçay rayon ərazisində suvarma sistemləri tamamilə məhv olub, sakinlərə məxsus əkin sahələri, bağ-baxçalar susuluqdan məhv olur.Bir nəfər korrupsioner var dövlət sahibi olacaq deyə minlərlə insana küllü miqdarda ziyanlar dəyir.

Bu korrupsioner Şakir Əhmədov Göyçay rayon Suvarma Sistemləri İdarəsinin texnikalarını başqa işlərə pullu xidmətə cəlb edib küllü miqdarda gəlir əldə edir. Suvarma Sistemləri İdarəsinin texnikalarına dövlətin ayırdığı yanacağı satdırır, gözdən pərdə asmaq üçün üzdə olan bir-iki su arxını təmizlətdirib ancaq kəndlərin içərisindəki suvarma kanallarını lil, kol-kos, qamışlıq və zir-zibil basıb təmizlənmir buna görə arxlarda su tamam quruyub.Dövlətin ayırdığı vəsaiti Şakir Əhmədov talan edib. Şakir Əhmədov talançılıq yolu ilə əldə ediyi vəsait hesabına təkçə Göyçat şəhər ərazisində 5 yerdə ev alıb, 8 ticarət obyektinə , Hüngütlü və Potu kənd ərazisində hektarlarala torpaq sahəsi əldə etmişdir. Göyçay şəhərinin Nizami, 1 May, Xətai və Əli Kərim küçələrindəki evlərini kirayəyə verib, Zərdabi küçəsindəki evində isə özü yaşayır.

Bü məlumatı isə ev alqı-satqısı ilə məşğul olan rayon sakini mətbuata ötürüb. Göyçay Rayon Polis Şöbəsinin keçmiş binasını başqasının adına özəlləşdirən Şakir Əhmədov həmin binanı Göyçar Rayon İcra Hakimiyyəti Başçısının Göyçay şəhər ərazi dairəsi nümayəndəliyinə icarəyə vermişdir. Göyçay şəhəri 1 may küçəsi ərazisindəki 2 mərtəbəli böyük bunanı isə ” İnkişaf üçün Maliyyə ” Bankına baha qiymətə icarəyə vermişdir.Köhnə avtovağzalın ərazisindəki obyektlərini isə çayxanaya və bər-bərxanaya icarəyə vermişdir. Şakir Əhmədov həmçinin talançılıq yolu ilə əldə etdiyi vəsait hesabına Bakı şəhərində 4 mənzilə, Qəbələ və İsmayıllı rayonlarında isə 2 mənzilə sahib olmuşdur. Gizlətmək üçün bütün bu mülklərini isə başqa-başqa şəxslərin adına rəsmiləşdirmişdir. 3000 başdan çox qoyun sürüsü olan ferması var. Aylıq əmək haqqısı 400-500 manat olan Şakir Əhmədovun bu qədər əmlakı, var-dövləti təbii ki, korrupsiya cinayəti ilə əldə etmişdir.

Şakir Əhmədov o dərəcədə harınlayıb ki, 27 yanvar 2015-ci il tarixdə Mübariz Ağayevin ikinci dəfə Göyçay Rayon İcra Hakimiyyəti Başçısı vəzifəsinə təyin olunmasını təmtaraqlı qeyd etdirmişdir.Həmin vaxt Göyçay rayonunda 5 saat atəşfəşanlıq olmuş gecədən səhərə qədər restoranlarda ziyafət təşkil edilmişdir.Bütün bunları Şakir Əhmədov öz şəxsi hesabına etmişdir. Həmin günü atılan fişəngin birinin qiyməti 500 manat olmaqla 200 dən çox fişəng atılmışdır. Mübariz Ağayevlə dost olan Şakir Əhmədov bununla öz yerini dahada şirin salmışdır. Bu korrupsiyaya qurşanmış cinayətkar Şakir Əhmədovun əməlləri bizim iştirakımızla yerində hərtərəfli araşdırılmalı və onun barəsində təcili ciddi tədbirlər görülməlidir.Vətəndaşlara su sarıdan zülm etdiyi üçün ona rayonda “yezid” ləğəbi veriblər.

Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə müraciət edirik. Cənab Prezident sizdən xahiş edirik bu şikayətimizi öz nəzarətinizlə araşdırılıb cinayətkar Şakir Əhmədovun korrupsiya əməllərinin obyektiv araşdırılmasına xüsusi tapşırıq verəsiniz və barəsində qanunu tədbirlər görəsiniz.(regionxəbərləri.com)

İmza; Rəsulov Valeh Akif oğlu
Məmmədov Sabir Davud oğlu

Qarayev Cümşüd Faiq oğlu

Səmədov Nüsrət Baba oğlu”

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq…