“Mehr” agentliyinin verdiyi xəbərə görə, Ayətullah Xameneiyə bağlı hilalı təyin edən qurumun məsulu, alim Rza İsfahani bu barədə deyib: “Ümüd edirik ki, iyulun 5-i, Şəvvalın ilk günlük ayını müşahidə edək. Buna əsasən, ayın 6-sı hökmən bayram olacaqdır.
Biz, Avstraliya və Asiyanın cənub-şərqindən bu barədə xəbərlər əldə etsək də, Ayətullah Xameneinin göstərişinə əsasən ay, ölkədə də müşahidə edilməlidir. Bu səbəbdən Qum şəhərində 6 heyət bununla bağlı fəaliyyət göstərəcəkdir.
Bundan əlavə, Ayətullah uzma Sistaniyə bağlı olan “İmam Əli (ə)” rəsədxanası da, Kəhəkdə bu işlə məşğul olacaqdır.” (islamazeri)
İnterpress.az