Qəsəbə sakinlərinin məlumata görə, Qurban Abbasov 27 ünvanında yerləşən iki mərtəbəli yaşayış binasının sökülməsi ilə bağlı onlara məlumat verilib: “Bizə bildiriblər ki, sahəsi 0, 25 ha olan ərazidə çox mərtəbəli “Park-Bayıl” yaşayış kompleksi tikiləcək. Bununla əlaqədar olaraq bizə evlərimizi boşaltmaq üçün 1 ay vaxt veriblər. Şirkət rəsmisi bizə bildirib ki, yeni yaşayış kompleksi tikiləndək binanın sakinləri müvəqqəti olaraq evlərindən köçürülməlidir”.
Sakinlər qeyd edib ki, onlar təkliflə razılaşmasalar da artıq prosesə start verilib: “Tikinti işlərini FORTİS-BAYIL” MTK adlı şirkət aparacaq. Onlar bizə müvəqqəti olaraq kirayə mənzillər tutmağımızı məsləhət görürlər. Deyiblər ki, kirayə pulları şirkət tərəfindən ödəniləcək.
Bundan əlavə isə guya bizə yeni tikiləcək binada mövcud mənzilin ölçülərinə əsasən 10 % artıq sahə nəzərə alınmaqla təmirli mənzillərin ayrılacağını da deyiblər. Amma arada heç bir müqavilə yoxdur. Bir rəsmi adam tapılmır ki, onla söhbət edək, şirkətin bizi aldatmayacağına zəmanət versin. Bizim etiraz etsək də, şərtlərlə razılaşmasaq da şirkət artıq işlərə başlayıb, binanı hasarlamağa başlayıblar”.
Buna görə də sakinlər aidiyyəti qurumlara müraciət ediblər: “Lazımı qurumlara müraciət edirik, amma eşidən yoxdur. Bizi dinləmək əvəzinə binamızın kənarlarını asarlayıblar”.
Qeyd edək ki, burada 50-yə yaxın ailə yaşayır.
İnterpress.az