Lakin hər il olduğu kimi, bayram gününün müəyyən edilməsi ilə bağlı mübahisələr yaranıb.
Qeyd edək ki, qardaş Türkiyədə artıq sabah Bakı vaxtı 06:26-da İqdırda , 07:11-də Ankarada, 07:23-də isə İstanbulda bayram namazları qılınacaq.
Azərbaycanın inanclı kəsimi isə bayramı bir gün sonra qeyd etməli olacaq.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 402 saylı qərarına əsasən 6, 7 iyul Ramazan bayramı olaraq müəyyən edilib və həmin günlərin iş günü hesab olunmadığı qeyd olunub. (Məlumat Nazirlər kabinetinin rəsmi saytından götürülüb).
İnterpress.az