Nərimanov Rayon Məhkəməsi Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu barəsində həbs-qətimkan tədbiri seçib.
Bu barədə \”Report\”a vəkil Nemət Kərimli məlumat verib.
O bildirib ki, F.Fərəməzoğlu hədə-qorxu ilə pul tələb etmədə ittiham olunur. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Xatırladaq ki, F.Fərəməzoğlu iyulun 1-də saxlanılıb. (repor)
İnterpress.az