Bakıdan Misirə uçuşlar təxirə salınıb. ANS PRESS-in məlumatına görə, Misirin çarter aviaşirkəti \”Air Cairo\” Bakı-Şarm-əş-Şeyx marşrutu üzrə uçuşları müqəvvəti dayandırıb.
Şirkət nümayəndəliyindən verilən məlumata görə, reyslərin dayandırılmasının səbəbi bu istiqamətdə tələbatın zəif olmasıdır. Uçuşlar yenidən avqustun 1-dən bərpa olunacaq.
Bakı-Şarm-əş-Şeyx reysinə hər iki tərəfə A320 təyyarəsi ilə uçuş biletinin qiyməti 300 dollardır (462 AZN – red.)
Bakıdan Şarm-əş-Şeyxə çarter reysləri bir neçə il bundan əvvəl fəaliyyət göstərib, lakin sonradan uçuşlar dayandırılıb. (ans)
İnterpress.az