Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev açıqlamasında deyib ki, hazırda Masazırda müəyyən qədər aktivləşmə var. Çatlarda 1,5-3 sm genişlənmənin müşahidə olunduğunu deyən Ə.Piriyev qeyd edib ki, yağışların intensivləşməsi nəticəsində sürüşmə inkişaf edib.
Onun sözlərinə görə, Qonaqkənd, Lənkəran-Astara yolunda da cüzi uçqun-çöküntü baş versə də, fəaliyyətdə olan davamlı sürüşmə baş verməyib. Bakının və Abşeronun digər yerlərindəki sürüşmə sahələrində isə tam sakitlikdir. (virtualaz.org)
İnterpress.az