Bunu İnterpress.az-a açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
Onun sözlərinə görə, içməli suyun lildən təmizlənməsi üçün Şəkiyə xüsusu yüksək təziqlə xətləri yuyan maşınlar cəlb olunub. Hazırda həmin lilli xətlərin təmizlənməsi, mənbənin bərpası işləri davam edir. Eyni zamanda əhalinin su təlabatını ödəmək üçün Şəkiyə əlavə su maşınları cəlb olunub. Qısa vaxtda görülən işlər yekunlaşacaq.”
Xatırladaq ki, havaların yağmurlu keçməsi ilə əlaqədar olaraq Şəki Şəhərindən keçən Kiş çayında daşqın əmələ gəlməsi nəticəsində “Azərsu” ASC-nin su şəbəkəsi lillənib.
Gülşanə Mustafayeva
İnterpress.az