Vəkil Akif Çovdarovun səhhəti ilə bağlı açıqlama verdibackend

Vəkil Akif Çovdarovun səhhəti ilə bağlı açıqlama verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vəkil Sadiq Rəsulov qərardan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verildiyini, lakin hakim Sahibxam Mirzəyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında apellyasiya şikayətinin təmin olunmadığını bildirib.

“Akif Çovdarov ürəyində olan problemlərlə bağlı 25.04.2006-cı il tarixdə Almaniya Respublikasının “Deustsches Herzzentrum Berlin” Klinikasına müraciət etmiş və Klinikada ona “Koronar arteriya xəstəliyi, diffuz skleroz 3 damar xəstəliyi, Sol arteriya kökünün stenozu və Sol tərəfli qidalanma tipi” diaqnozu qoyularaq 26.04.2006-cı il tarixdə onun üzərində “Aorta koronar vena şuntlama PLA II və Ramus intermediusa, Arteria mammaria interna- RİVA-ya anostomoz və İntraaortal balon pompası implantasiyası” əməliyyatı keçirilib. Akif Çovdarov adıçəkilən klinikada 14.05.2006-cı il tarixədək stasionar müalicə alıb.

Bundan başqa müdafiə etdiyim şəxs xərçəng xəstəliyi ilə bağlı 2011-ci ilin fevral ayında Almaniya Respublikasının “Vivantes” Klinikasına müraciət edib və ona “C16.0 Kardianın bədxassəli törənməsi” diaqnozu qoyularaq 10.02.2011-ci il tarixdə “5-399.5 Venoz portun implatasiyası və dəyişdirilməsi, İntravenoz port qoyulması” əməliyyatı keçirilib. 16.05.2011-ci il tarixdə Almaniya Respublikasının “Vivantes” Klinikasında Akif Çovdarovun üzərində 6 saat 46 dəqiqə çəkən “genişləndirilmiş qastrektomiya sistemli limfadenekoektomiya, həmçinin parsial qida borusu rezeksiyası” əməliyyat nəticəsində mədəsi və bütün limfa vəziləri amputasiya olunub. Mədəsi amputasiya olunduğuna görə qida borusu əməliyyatla birbaşa bağırsağa bilrləşdirilib. Müdafiəçisi olduğum şəxs barəsində Məhkəmənin qərarına əsasən həbs seçilib və o, 15 noyabr 2015-ci il tarixdən hazırki günədək ilk öncə istintaq təcridxanasında, sonra isə səhhətində yaranmış xəstəliklərlə bağlı İstintaq Təcridxanasının Tibb-sanitar hissəsində saxlanılmaqdadır.

Hazırda digər saxlanılan şəxslər kimi ona da yalnız həftədə bir dəfə sovqat gətirilməsinə icazə verildiyi üçün ailə üzvləri ona həftəlik yemək gətirirlər. Bir neçə gün qalmış xörəklər isə onun səhhətinin ağırlaşmasına səbəb olur. Müdafiə etdiyim şəxslə Bakı İstintaq Təcridxanasında görüşdüyüm zaman o, döş qəfəsində ağrılardan, halsızlıqdan, baş gicəllənməsindən, ürək döyünməsindən əziyyət çəkdiyini bildirir. Müdafiə etdiyim şəxs həbs edildikdən sonra 11-12 fevral 2016-cı il tarixlərdə İstintaq Təcridxanasının Tibb-sanitar hissəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İsntitutunun əməkdaşları tərəfindən “EKQ-nin Holter monitorinqi və arterial təzyiqin sutkalıq monitorinqi”nə dair müayinələrindən keçirilib və aparılan müayinələr nəticəsində əməkdaşlar tərəfindən konsiliumun nəticəsi olaraq ona “Ürəyin işemik xəstəliyi. Aorta-karonar, şuntlama əməliyyatından sonrakı vəziyyət (T82.2). Səyrici aritmiya, taxsistolik forma (İ49.0)” diaqnozu qoyulub. EKQ-nın Sutkalıq Holter monitorlanmasına dair 11-12 fevral 2016-cı il tarixlərə aid Protokolunda monitorinq dövründə səyrici aritmiya (taxisistolik forma) qeyd olunmuş, pauzaların (I-lər) cəmi 31 olduğu və ən çox saat 23:16-04:19, 06:56-08:54 qədər, yəni gecə saatlarında baş verdiyi göstərilir.

Daha sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin həkim-ekspertləri tərəfindən tibbi ekspertizadan keçirilib və ekspertizanın nəticəsində tərtib edilmiş 13.05.2016-cı il tarixdə 102/KEŞ nömrəli ekspert rəyində Akif Çovdarovun səhhətində hazırda «Ürəyin işemik xəstəliyi; Aorta-koronar şuntlama əməliyyatından sonrakı vəziyyət; Ritm pozğunluğu; Səyrici aritmiya; Total qastroektomiya və porsial qida borusunun rezeksiyasından sonrakı vəziyyət. Anastomozit. Nazik bağırsaq ilgəklərinin eroziv dəyişikliyi. Eroziv reflüks, ezofagit» kimi xəstəliklərin aşakar edildiyi göstərilib. Sorğum əsasında təqdim edilmiş tibbi sənədlərdən məlum olur ki, həbs olunmuş şəxs A.T.Çovdarov Ən Tibb Baş İdarəsinin hospitalının həkim-kardioloqu tərəfindən konsultasiya edilmiş, konsultasiya nəticəsində arterial qan təzyiqinin və nəbz vurğuları sayının və ritminin qısa zamanlar fasiləsində tez-tez və kəskin dərəcədə dəyişməsi, qanın laxtalanma vaxtının 3 (üç) dəqiqə olması müəyyən edilib.

Həmçinin sorğum əsasında təqdim edilmiş xəstəlik tarixçəsindən məlum olur ki, çoxlu sayda tarixlərdə gecə saatlarında döş qəfəsində ağrılardan, halsızlıqdan, baş gicəllənməsindən və ürək döyünməsindən əziyyət çəkdiyinə görə növbətçi həkimə müraciət edib. Lakin əsas problem ondadır ki, nə Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsində, nə də Penitensiar Xidmətin müalicə müəssisəsində həkim-kardioloq yoxdur. Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin Hospitalında həkim-kardioloq var ki, həmin həkim də yalnız müəyyən olunmuş vaxta, yəni həftədə bir dəfə müayinə etmək üçün Bakı İstintaq Təcridxanasına gəlir. Qalan günlərdə, xüsusi ilə gecə saatlarında baş verəcək ürək tutması zamanı ilkin tibbi yardım göstərəcək həkim-kardioloq mövcud deyil. Vəkil həmçinin bildirdi ki, «Məhkumların xəstəliyə görə cəza çəkməkdən azad edilmələri üçün əsas olan xəstəliklərin SİYAHISI»na əsasən Ürəyin işemik xəstəliyinə və Ürəyin ritm pozğunluğu xəstəliyinə düçar olmuş məhkumlar bu xəstəliyin ağırlığı və həyatı riski olduğuna görə cəza çəkməkdən azad edilirlər. Lakin müdafiə etdiyim şəxs qanuni qüvvəsini almış məhkəmə hökmü ilə təqsiri sübuta yetirilmədiyi halda həbsdə saxlanılır ki, nəticədə onun xəstəliyini kəskin şəkildə ağırlaşır. Bu isə sonda hətta onun ölmünə belə səbəb ola bilər”. (virtualaz.org)

İnterpress.az