Turpaketlərin satışı qadağası aradan qaldırılandan sonra Türkiyə cəmi 3 gün ərzində rusiyalı turistlərin ən çorx səyahət aldığı ölkəyə çevrilib. Rusiyanın turist şirkətləri bildirir ki, artıq cümə günü ümumi satılan turpaketlər arasında Türkiyənin payı 6,7%, Şənbə günü 38,8%, bazar günü isə 35,6% olub.
Türkiyəyə müstəqil (yəni turizm şirkətindən turpaket almadan ) getmək istəyənlərin sayı da artıb. «Aviasales» səyahət saytında Moskva-Antalya istiqamətinə bilet almaq üçün müraciətlərin sayı 30%, Moskva-İstanbul istiqaməti üçün müraciətlərin sayı isə 25% artıb.
Eyni proseslər digər satış resurslarında – Momondo və Skyscanner-də də baş verir. Paralel olaraq Rusiyanın daxili kurortlarına, xüsusilə də Qara Dəniz sahilindəki Krım və Soçiyə gedən turistlərin sayı kəskin azalıb.
Qeyd edək ki, ötən ilin sonunda, türk hərbçiləri Rusiyanın Su-24 təyyarəsini vurmasından sonra Rusiya hökuməti Türkiyəyə turpaket satışını qadağan etmişdi. İyulun 1-də isə Rusiya prezidenti Putin qadağaların ləğv edilməsi barədə fərman imzalayıb.(fins)
İnterpress.az