İsrail televiziyası: Xocalıda qətliam törədənlər Njdeni ideal seçən cəlladlardırbackend

İsrail televiziyası: Xocalıda qətliam törədənlər Njdeni ideal seçən cəlladlardır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, verilişin aparıcısı, siyasətçi İosif Şaqal “İnsanlıq əleyhinə cinayət törətmiş şəxsi bir ölkə “milli qəhrəman” adlandıra bilərmi? Əgər belədirsə buna necə bəraət qazandırmaq olar?” sualı ilə veriliş iştirakçılarına müraciət edib.

İosif Şaqal hazırkı gərgin şəraitdə bəzi dövlətlərin tarixi faktları təhrif edərək təqdim etdiyini diqqətə çatdırıb. Onun “Biz almanlarla əlbir olub Holokost faciəsini törədən “xalq qəhrəmanlarına”, Xarkovda, Çernobılda antisemit Stepan Banderaya, minlərə yəhudi uşağı öldürən Herbert Kukursa və faşist, antisemitist Njde Qareginə abidə ucaldılmasına susmalıyıqmı?” sualı ilə bağlı fikir mübadiləsi aparılıb.

Müzakirələrdə İsrailin Cənubi Qafqaz Araşdırmaları Assosiasiyasının sədri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut, politexnoloq Oleq Levinski, vəkil Mark Knyajevskiy iştirak edib. O. Levinski türklər, azərbaycanlılar və yəhudilərə qarşı kütləvi qətllərdə iştirak edən insana abidə qoyulmasının səbəbini ermənilərin öyünməyə əsl qəhrəmanının olmaması ilə bağlayıb.

A. Qut isə bildirib ki, faşist erməni generalına abidə qoyulması Holokost faciəsində ölənlərin xatirəsinə təhqirdir. “Njdeyə abidə qoyulması ilk belə hadisə deyil, bir neçə il öncə də Ermənistan keçmiş Sovet ölkələri arasında antisemitizmin yayıldığı ölkə kimi ilk yeri tutmuşdu. Antisemitizm Ermənistanda hər sahədə var – siyasətdə, mediada. Bu gün antisemitizm onların dövlət siyasətidir”.

A. Qut həmçinin, Xocalıda ermənilərin törətdiyi vəhşilikləri xatırladaraq bildirib ki, bu qətliamı törədənlər özlərinə Njdeni ideal seçən cəlladlardır.

Veriliş iştrakçıları bildiriblər ki, faşist erməni generalına abidə qoyulması açıq-aşkar faşizmin propoqandasıdır, ermənilərin vətənpərvərlik adı ilə faşizmi təbliğ etməsidir. Həmçinin, qeyd edilib ki, Ermənistan rəhbərliyinin Njdenin abidəsinin açılış mərasimində iştirak etməsi bunu deməyə əsas verir ki, onlar Njde Qareginin varisi olduqlarını nümayiş etdirirlər.

İnterpress.az