Azərbaycanda 36 min şagird Ana dilindən “2” aldıbackend

Azərbaycanda 36 min şagird Ana dilindən “2” aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TQDK-nın mətbuat xidmətindən virtualaz.org-a verilən xəbərə görə, imtahanlarda 104476 nəfər IX, 84589 nəfər XI sinif şagirdi iştirak edib.

Ümumi orta təhsil bazasında (9 illik) imtahan verənlərin Azərbaycan dili fənnindən 20911 nəfəri (20,06%) “2”, 47937 nəfəri (45,98%) “3”, 21715 nəfəri (20,83) \”4\”, 13694 nəfəri (13,13) “5”, Riyaziyyat fənni üzrə isə 26438 nəfəri (25,31%) “2”, 39687 nəfəri (37,99%) “3”, 19411 nəfəri (18,58%) “4”, 18940 nəfəri (18,13) isə “5“ qiymət alıb.

Tam orta təhsil bazasında (11 illik) buraxılış imtahanı verən şagirdlərin isə Azərbaycan dili fənnindən 15486 nəfəri (18,34%) “2”, 16512 nəfəri (19,56) “5”, Riyaziyyat fənnindən 16038 nəfəri (18,96%) “2”, 17026 nəfəri (20,13%) “5”, Xarici dildən 19908 nəfəri (23,72%) “2”, 17011 nəfəri (20,27%) “5”, Kimya fənnindən 186 nəfəri (27,64%) “2”, 42 nəfəri (6,24) “5” alıb. (virtualaz.org)

İnterpress.az