Devid və Viktoriya Bekhemlər toy günlərindən danışdılarbackend

Devid və Viktoriya Bekhemlər toy günlərindən danışdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyaca məşhur sabiq futbolçu və model Devid Bekhemin həyat yoldaşı Viktoriya Bekhem sosial şəbəkədə təsirli yazı yazıb. Məlumata görə, bu gün dünyanın ən məşhur cütlüklərindən olan Devid və Viktoriya Bekhemlərin toyundan 17 il keçir.

\”Mən özümü sonsuz dərəcədə sevilən və möhtəşəm hiss edirəm. Mənim ən yaxşı dostum mənim sevgimdir. Məni hər gün ilhamlandıran ən yaxşı kişi… İldönümün mübarək, dünyanın ən yaxşı əri və atası\”. Viktoriya \”İnstagram\” səhifəsində yazıb. “Mançester Yunayted”in əfsanəvi futbolçusu Devid Bekhem isə 17 il əvvəlki toylarından daha bir şəkil paylaşaraq sevgi dolu şərh yazıb. ”17 il… Bizim 4 gözəl uşağımız var və onlar üçün səndən yaxşı ana təsəvvür edə bilməzdim\”

Devid və Viktoriya 1999-cu ildə ailə qurublar. Bu evlilikdən onların 4 övladı var. Bunlar Bruklin (16 yaş), Romeo (12 yaş), Kruz (10 yaş) və Harperdir (3 yaş). Bir müddət əvvəl məlumat yayılıb ki, cütlük ayrılmaq istəyir. Buna səbəb Viktoriya Bekxem həyat yoldaşı Devid Bekxemə həsr etdiyi döymələri silməsi olub.

41 yaşlı britaniyalı dizayner, müğənni, prodüser, bəstəkar, rəqqasə və model döymələri silməsinin səbəbini onun hazırki nüfuzuna xələl gətirməsi ilə izah edir. Yəni Viktoriya hazırda bizneslə məşğul olan bir qadın kimi bu döymələri özünə yaraşdırmır. (ans)

İnterpress.az