Təlimlər iyulun ortalarında \”Kamhud\” və \”Alagöz\” yüksək dağlıq poliqonlarda keçiriləcək.
Xəbər verilir ki, dördüncü nəsil müasir Miq-29 qırıcı təyyarələrinin, Mi-24p hücum və Mi-8Mt çoxhədəfli vertolyotların pilotları icazə verilən minimum və maksimum yüksəkliklərdə təlim-məşq uçuşları yerinə yetirir, hava döyüşünün aparılması və yerdəki hədəflərə hücum tapşırıqlarını həyata keçirir.
Taktiki təlimlərdə Rusiyanın Cənubi Qafqazdakı aviasiya məntəqəsinin bütün uçuş qrupları, göyərtə mütəxəssisləri və qurudakı mühəndis-texniki heyət ekspertləri iştirak edəcək. (musavat)
İnterpress.az