Xəbər verilir ki, aylarla mühərriki işə salınmayan, toz basmış bu avtomobillərin içərisində Mercedes, Audi və BMW kimi markaların üst sinif modelləri də var. Hətta qiyməti 1 milyon dollar olan Ferrari və Porsche kimi maşınlara da rast gəlmək mümkündür.
Bəs Dubayın tozlu hava şərtlərinə təslim olan bu avtomobillərin küçəyə atılmasının səbəbi nədir?
Məsələ burasındadlır ki, Birləşmiş Ərəb Əmirliyində iflas olan iş adamlarının haqqını qoruyan qanun yoxdur. Borcunu verə bilməyən şəxs bir başa həbs olunur. Ona görə də kredit borclarını verə bilməyən avtomobil sahibləri çıxış yolunu ölkədən qaçmaqda görürlər.
Həmin avtomobillər isə bir müddət sonra satışa çıxarılır. Bu müddət ərzində isə onlar toz altında qalmağa məhkumdurlar.
Bu da borcunu ödəyə bilmədiklərinə görə, sahiblərinin tərk etdiyi lüks avtomobillər… (musavat)
İnterpress.az