Türkiyəli məşhur aktyor Kıvanç Tatlıtuğun yeni çəkiləcəyi serialın hər bölümündə alacağı məbləğ \”dodaq uçuqladıb\”. Məlumata görə, sonuncu dəfə \”Kurt Seyit ve Şura\” serialından sonra ekranlara vida edən yaraşıqlı aktyor \”Siyah ve Beyaz\” ekran işi ilə yenidən sevənlərini sevindirəcək.
Onun hər bölümə görə, 130 min TL təxminən 69 min manat qonorar alacağı serial sentyabr ayında Türkiyənin Star TV kanalında yayımlanacaq.
Əvvəl çəkildiyi \”Kurt Seyit ve Şura\” serialının hər seriasından 70 min TL (37 min manat\” qazanan Kıvanç Tatlıtuğ yeni mövsümü rekord müqavilə ilə açıb. Bu hesabla aktyor ayda 520 min TL (276 min manat) qazanacaq.
Aktyorun ilk 10 bölümün pulunu isə qabaqcadan aldığı deyilir. Serialda Kvanç Tatlıtuğla birlikdə Tuğba Büyüküstün də baş rolları paylaşacaq.
Kvanç Tatlıtuğ karyerasına model kimi başlayıb. 2005-ci ildə ilk dəfə kino aləminə qədəm basan aktyor \”Gümüş\” serialındakı Mehmet obrazıyla məşhurlaşıb. Bundan sonra o,\”Menekşe ilə Xəlil\”, \”Amerikalılar Qara dənizdə\” filmlərində rol alıb.
Lakin ən böyük uğurunu Halid Ziya Uşaqlıgilin məşhur romanı əsasında çəkilən \”Aşkı-memnu\” serialındakı Behlül obrazı ilə qazanıb. (ans)
İnterpress.az