“Dağlıq Qarabağ münaqişəsi həllini tələb edir”backend

“Dağlıq Qarabağ münaqişəsi həllini tələb edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verilir ki, bunu Yerevanda Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

\”Biz böyük səyləri göstəririk ki, münaqişənin nizamlanmasında real irəliləyişə nail olaq\”, – deyə Mariya Zaxarova bildirib.

Prezidentlərin növbəti görüşü barədə suala cavab verən XİN-in rəsmisi bildirib ki, münaqişə tərəfləri özləri bu məlumatı təqdim etməlidirlər.

\”Mən deyə bilərəm ki, Rusiya tərəfinin mövqeyi bir məqsədə yönəlib – tezliklə bu münaqişəni sülh yolu ilə həll etmək. Və biz bunun üçün əlimizdən gələni edirik\”, – deyə Mariya Zaxarova bildirib.

Rusiyanın Sankt-Peterburq görüşünü keçirməklə münaqişənin nizamlanmasını öz əlinə almaq istədiyi barədə fikirlə Zaxarova razılaşmadı: \”Bütün həmsədrlərə görüş barədə lazımınca məlumat verilmişdir\”. (virtual.az)

İnterpress.az