“Arzunuz ürəyinizdə qalacaq, heç yerə gedən deyiləm…”backend

“Arzunuz ürəyinizdə qalacaq, heç yerə gedən deyiləm…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumata görə, Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında təqsirləndrilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası iyulun 8-nə təyin edilib.

Xatırladaq ki, G.Əhmədova cərrahiyyə əməliyyatı keçirməsi üçün ölkə hüdudlarından kənara çıxmasına qoyulmuş məhdudiyyətin götürülməsi barədə məhkəməyə vəsatət verib. Bu il aprelin 28-də Yasamal Rayon Məhkəməsi ərizəni təmin etməyib. Qərardan narazı qalan G.Əhmədovanın müdafiəçisi apelyasiya şikayəti verib.

G.Əhmədova ayın 8-də baş tutacaq məhkəmədən çox şey gözlədiyini dedi. G.Əhmədova hesab edir ki, onun ölkə xaricində müalicəsi üçün bütün sənədlərə baxılıb, araşdırma aparılıb: “Sağ olsunlar, görüblər ki, vəziyyətim kifayət qədər ciddidir. Uzun müddət müalicə almışam. Hazırda isə cərrahi müdaxiləyə ehtiyac var. İllər öncə, 2001-ci ildə Moskvada Onkologiya Mərkəzində olmuşam. İndi yenə ehtiyac var”.

G,Əhmədova xəstəliyi ilə bağlı geniş danışmaq istəməsə də, durumun kifayət qədər ciddi olduğunu dedi. G.Əhmədova əməliyyat üçün hansı ölkəni seçəcəyi məsələsində isə qəti qərar verməyib. Onun sözlərinə görə, əsas məsələ ölkədən çıxışına qoyulan qadağanın aradan qaldırılmasıdır: “Hələ ki həkimlərlə danışırıq. Hansı ölkə münasib olarsa ora da gedəcəyik. Təbii ki, maddi və digər məsələlər də burda mühüm rol oynayır”.

G.Əhmədova dedi ki, ölkədən çıxışına qoyulan qadağanın götürüləcəyinə inamlıdır. Müsahibimiz dedi ki, bu ilin 5 mayında şərti azadlığa çıxmasından 2 il ötüb. 2017-ci ilin 5 mayında isə şərti azadlıq müddəti bitir: “Yəni rəsmən ölkədən çıxmağım üçün qadağanın götürülməsinə 10 ay qalıb. Amma mən inanmaq istəyirəm ki, sağlıq durumumu nəzərə alıb, bu qadağanı vaxtından əvvəl götürəcəklər. Çünki mənim səhhətim kritik durumdadır, təcili cərrahi müdaxiləyə ehtiyacım var”.

Bu arada bəzi media orqanlarında G.Əhmədovanın müalicə adı altında, bu bəhanə ilə ölkəni tərk etmək istəməsi ilə bağlı rəylər yayılıb. Bir sıra saytlar bunu açıq şəkildə belə yazırlar ki, sabiq deputat Azərbaycanı birdəfəlik tərk etməyə hazırlaşır və bunun üçün yollar axtarır. G.Əhmədova isə dedi ki, bu, yalan və böhtandır: “Bu cür rəy yaradanlara isə bir sözüm var. Arzunuz ürəyinizdə qalacaq, mən bu ölkədən heç yana gedən deyiləm”. (musavat)

İnterpress.az