Abşeron Rayon Polis İdarəsinin əməliyyatçıları iki dostu oğurluq əməlinə görə saxlayıblar. Cahangir Əliyev ilə Natiq Əlibalayev Hökməli qəsəbəsində mənzildən oğurluq etməkdə təqsirli bilinirlər. Əməllərini etiraf edən tanışlardan biri, Natiq Əlibalayev oğurluq etmək fikrinin Cahangirə aid olduğunu iddia edib.
Məlumata görə, oğurlanmış qənimətləri daşımaq üçün, Natiq Əlibalayevin maşınından istifadə olunub. Kirayə qaldıqları evə yığdıqları əşyaları isə daha sonra Biləcəri qəsəbəsində satıblar.
Cahangir Əliyevdən fərqli olaraq Natiq Əlibalayev özünü oğurluqda təsqirli bilmir. Onun sözlərinə görə o, taksi kimi fəaliyyət göstərib. Maşınında aparılanların isə oğurluq olmasından xəbəri olmayıb. 40 yaşlı Natiq verdiyi ifadələrlə istintaqdan yayınmaq istəsə də, Abşeron polisinin əməliyyatçıları onun bu yalanını üzə çıxarıblar. Hətta oğurluq zamanı evdən götürülən 2 televizordan birini Natiq özünə saxlayıb.
2 ay ərzində rayon ərazisindən 30-dan cox mənzili qarət edən tanışlar əşyaların çoxunu satıb aralarında bölsə də, onların bir qismi hüquq mühafizə orqanı əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb. (ans)
İnterpress.az