Bu gecə Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1500 kv.m olan üçmərtəbəli şadlıq evinin foyesində yerləşən bar 8 kv.m sahədə yanıb.
İnterpress. az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, şadlıq evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
İnterpress.az