Rusiyaya qarşı sərt bəyanatbackend

Rusiyaya qarşı sərt bəyanat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın müdafiə naziri Antoni Maçereviç Rusiyanı təcavüzkar siyasətinə son qoymağa çağırıb. NATO sammiti ərəfəsində çıxışı zamanı Maçereviç bildirib ki, Varşavada keçiriləcək zirvə toplantısı Rusiyaya qarşı \”göz dağı\” olacaq.

“Rusiya, həqiqətən də, özünü silahlandırır. Dəfedici qüvvələr olmasa, Rusiyanı başqa heç cür dayandırmaq mümkün olmayacaq. Təkcə, sərhədlərimizin müdafiə gücünü nümayiş etdirməklə biz Rusiyanı təcavüzkar niyyətindən çəkindirə bilərik. Rusiya Polşa və digər Avropa ölkələrini hədələməkdən çəkinməlidir”

ANS PRESS-in məlumatına görə, sammit 8-9 iyul tarixində keçiriləcək. Sammitdə 28 NATO ölkəsindən, ümumilikdə, 2 minə yaxın nümayəndənin iştirak edəcəyi gözlənilir. Sammit iştirakçıları NATO-nun \”Şərq Cinahı\”na hərbi qüvvələrin yerləşdirilməsi barədə qərarlar qəbul edəcəklər.

NATO-nun baş katibi Yens Stoltenberq Finlandiyanı NATO perspektivi ilə bağlı qərar verməyə çağırıb. Rusiyanın Krımı birləşdirməsindən sonra Finlandiya və İsveçin təşkilata marağı artıb. ( anspress.com )

İnterpress.az