Bu gün səhər saatlarında İstanbulda yağan güclü yağış yolları iflic edib. Aramsız yağıntılardan sonra şəhərin bir neçə mərkəzi küçəsini su basıb, avtomobillər yolda qalıb.
Məlumata görə, leysan nəticəsində Bayrampaşa metro stansiyasının girişi su altında qalıb. Yağışlardan sonra yaranan sel səbəbindən Əyyub Sultan Məscidi ətrafında bayram namazı qılan vətəndaşlar da çətin anlar yaşayıblar.
İnterpress.az