Rədd olun ordan!
qan axır
yurdumun yaralarından…
gücü catan kömək olsun xalqına,
gücsüz adam nizam versin ağlına.
Düşmən tilovunda atılıb, düşüb
öz xalqını çevirməsin məğmuna.
Sizi kim çıxarıb oraya, niyə?
bazar, demokratya, pul deyə-deyə.
tamahın əlində qulbecə kimi
bilmirki düşübdü hansı kələyə.
Hər zaman lazımdı gülüş insana,
gülüşsüz qəm çökər cümlə cahana.
Amma səfeh gülüş, biqeyrət gülüş
mərəz tək düşən qəlb, batır al qana.
Bu axmaq gülüşlər yağmur olubdu,
bəladı, qəlbləri əsir alıbdı.
Gün-gündən dərinə işləyir yara
düşməni taməmən razı salıbdı.
Gündüzlər, gecələr
TV ekranlarını işğal edən
bambılı gədələr, şit gözəlçələr
rədd olun ordan!
qan axır
yurdumun yaralarından…