Ağrılarım var. Radionu çoxdan əlimdən alıblarbackend

Ağrılarım var. Radionu çoxdan əlimdən alıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılar- Şahbaz Quliyev və Dilqəm Əsgərovun məktubları Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən ailələrinə çatdırılıb. Bu barədə onların ailə üzvləri məlumat veriblər.

Şahbaz Quliyevin bacısı İradə Quliyeva açıqlamasında qardaşının onların vəziyyəti ilə maraqlandığını deyib. “Şahbaz məktubunda adətən həmişə eyni şeylərdən yazır. Bizim, xüsusilə anamın və qızının vəziyyətini soruşur. Eyni zamanda özünün vəziyyətinin yaxşı olduğunu qeyd edib”. Ş.Quliyev bütün qohumlara salam göndərib.

Girovluqda saxlanan Dilqəm Əsgərovun qardaşı Sahib Əsgərov isə açıqlamasında qardaşının məktubunu ötən gün aldıqlarını və məktubun 50%-dən çoxunun silindiyini bildirib: “Qardaşım məktubunda daha çox giley-güzar edib. Keçən məktubunda da səhhətində müəyyən problemləri olduğunu yazmışdı. Bu dəfə də qeyd edib ki, başı, beli və ayağında ağrılar var. Baxanda görünür ki, məktub yarımçıq qoyulub”.

Qızıl Xaç Komitəsindən isə bildirdilər ki, həkimlər Dilqəmin səhhətini yoxlayıb və heç bir problem olmadığını deyirlər.

Sahib Əsgərov da qardaşının Azərbaycana çoxlu salam göndərdiyini qeyd etdi.

Ağrılarım var. Radionu çoxdan əlimdən alıblar

Şahbaz Quliyev və Dilqəm Əsgərov
Dilqəm Əsgərovun oğlu Kürdoğlu Quliyev isə atasının yazdığı məktubda qeyd edilən cümlələri olduğu kimi təqdim etdi. Onun sözlərinə atası öz məktubunda belə yazıb:

\”Yazdığınız məktubu iyunun axırı aldım. Ermənilər gətirib verdi. Hər dəfə yazırsız ki, idman elə! Ürəyimdə, ayaqlarımda, belimdə olan ağrılar imkan vermir. Radionu çoxdan əlimdən alıblar. Hazırda tək qalıram, radionu apardılar. Yazırsız ki, dünya qarışıb. Hamısını bilirəm (daha sonra bəzi cümlələr silinib). İnsan haqlarına görüş üçün ərizə yazın. Mənim haqqımda çox şey yalandan internetə verilir (Ermənistan mətbuatında). Hamısı yalandır. Uşağın imtahandan aldığı qiymətləri bilirəm, 3 dənə iki alıbsız? (Girovun oğlu deyir ki, atası burada Avropa İnsan Haqları Məhkəməsinə müraciəti və alqıqları mənfi cavabı nəzrdə tutub) Məktubu oxu, yoxla, hər şeyə diqqətlə bax. Hamıya salam\”. (ans)

İnterpress.az