Xəbər verilir ki, bu barədə bu gün Tbilisidə başa çatan ATƏT-in Parlament Assambleyasının illik sessiyasının yekunlarına dair qəbul edilmiş sənəddə – Tbilisi bəyannaməsinin mətnində deyilir.
ATƏT PA deputatları həmçinin ATƏT sədrliyinin danışıqlar əsasında, mövcud formatlar və mexanizmlər çərçivəsində ATƏT regionunda həlli uzadılmış münaqişələrin siyasi həllinin axtarış üzrə fəal iştirakını da alqışlayıb.
Sənəddə parlamentarilərə çağırış da yer alıb: \”Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların bərpa riskini azaltmaq üçün tərəfləri qarşılıqlı etimad tədbirlərinin möhkəmləndirilməsi haqqında razılıq əldə olunması istiqamətində ciddi addımlarda atmaqla bağlı siyasi iradə göstərməyə və Minsk qrupu çərçivəsində problemin nizamlanmasına dair hərtərəfli saziş üzrə razılığa gəlinməsinə sövq etmək lazımdır\”.
Deputatlar həmçinin qaçqın və məcburi köçkünlər probleminin həllində daha qətiyyətli siyasi iradə göstərilməsinə çağırış edib. (virtualaz.org)
İnterpress.az