Məlumat üçün qeyd edək ki, ASGA 2006-cı ilin 30 iyun tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. 10 il ərzində öz çoxistiqamətli fəaliyyəti ilə seçilən QHT-nin təsisçisi və sədri Səbuhi Abbasovdur.
Təşkilat bu illər ərzində öz spesifikasına uyğun fəaliyyət göstərərək ciddi uğurlar əldə edib. Bugünə qədər ASGA 100-dən çox layihə reallaşdırıb ki, onlardan 15-ni beynəlxalq layihələr təşkil edir. Son 10 ildə ASGA ölkəmizə qarşı qərəzli hesabatlar verən təşkilatlara qarşı bir neçə dildə və müxtəlif məzmunda 46 bəyanat yayıb.
Təşkilatın media qurumları ilə sıx əməkdaşlığı qurulub. Məhz bunun nəticəsidir ki, bu günə qədər QHT haqqında 3785 məqalə dərc edilib. Hal-hazırda ASGA-nın Rusiyada, Ukraynada və Polşada nümayəndəlikləri fəaliyyət göstərməkdədir.
Təşkilatın əsas məqsədi ölkəmizi Slavyan ölkələrində layiqincə təbliğini və gənclərarası innovativ inteqrasiyanı təmin etməkdən ibarətdir.
Bugün ASGA Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, QHT-lərə Dövlət Dəstəyi Şurası, Gənclər Fondu, Milli QHT-lər Forumu, Gənclər Təşkilatları Milli Şurası ilə sıx əməkdaşlıq edir. Bundan başqa ASGA Avropa Şurası Gənclər Departamenti, Rusiyada Azərbaycan Mədəniyyətinin İntibahı və İnkişafı Fondu və Slavyan ölkələrində fəaliyyət göstərən səfirliklərlə əməkdaşlıq edir.
Təşkilatın 10 illiyini özündə əsk elətdirən foto və videoxronikanı təqdim edirik: