Agentliyin mətbuat xidmətindən verilən xəbərə görə, icbari tibbi sığortanın pilot qaydada tətbiqi ilə bağlı rayonların seçilməsi üçün araşdırmalar da davam edir.
Pilot layihənin 1 rayon və 1 şəhər tipli ərazidə həyata keçirilməsi nəzərdə tutulur. Rayon və şəhərin tibbi xidmət infrastrukturu və tibbi xidmətin təşkilində müəyyən fərqlər olduğundan, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həm şəhər, həm də rayon tipli ərazidə icbari tibbi sığortanın tətbiqini sınaqdan keçirəcək. Pilot layihənin həyata keçirilməsinin məqsədi əhalini və tibb müəssisələrini icbari tibbi sığorta sisteminə keçidə hazırlamaqdır. (apa)
İnterpress.az