Çayxanada qətl törədən şəxsə hökm oxunubbackend

Çayxanada qətl törədən şəxsə hökm oxunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhkəmənin hökmü ilə o, 20 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2015-ci ilin noyabrında Goranboy rayonunda qonşular arasında başlayan mübahisə 23 yaşlı gəncin qətlə yetirilməsi ilə nəticələnib. Hadisə rayonun Nizami kəndində yerləşən çayxanada baş verib.

Kənd sakini, 23 yaşlı Həsən Həsənov kəndin mərkəzində işlətdiyi çayxanada həmyerlisi, 35 yaşlı Rəşad Babayevlə mübahisə edib.

Bu zaman Rəşad Babayev üstündə gəzdirdiyi bıçaqla Həsən Həsənova ürək nahiyəsindən zərbə endirərək öldürüb.

Interpress.az