Lavrov İrəvandan sonra Bakıya gəlmədibackend

Lavrov İrəvandan sonra Bakıya gəlmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xarici işlər nazirinin təyyarəsi dünən axşam İrəvandan Moskvaya istiqamət alıb.

Lavrovun İrəvandan sonra Bakıya səfər edəcəyi haqda ötən həftə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Nazir Bakıda keçirdiyi brifinqdə deyib ki, Lavrov Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar masası üzərində olan sənədlə bağlı müzakirələr aparmaq üçün Ermənistandakı toplantıda iştirakını başa vurduqdan sonra Azərbaycana gələcək. Nazir səfərin bu həftə baş verəcəyini vurğulamışdı.

Bunun ardınca Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Lavrovun iyulun əvvəllərində əvvəl İrəvana, ardınca Bakıya səfər edəcəyini təsdiqləyib. “Nazir əvvəlcə KTMT xarici işlər nazirlərinin İrəvandakı toplantısında iştirak edəcək, sonra Azərbaycana gedəcək”-Karasin bildirib.

Lakin bu gün Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova virtualaz.org-a açıqlamasında deyib ki, Lavrovun Bakıya səfərinin tarixi bu həftə ərzində açıqlanacaq. Bu isə o deməkdir ki, səfər indiki həftə ərzində deyil, daha sonra baş tutacaq.

Ehtimal edilir ki, Lavrovun İrəvana səfərin ardınca Bakıya səfəri təxirə salması Rusiyanın Qarabağ planına dair hansısa məqamlar üzrə Azərbaycan tərəfinin mövqeyinin hələ dəqiqləşməməsi ilə bağlıdır.
Eləcə də mümkündür ki, Lavrov İrəvanda apardığı müzakirələrdə erməni tərəfinin mövqeyinin dəyişmədiyinin şahidi olub. (virtualaz.org)

İnterpress.az