YAP-çı deputatların sayı 72-yə çatdıbackend

YAP-çı deputatların sayı 72-yə çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İclasda 2016-cı ilin ikinci yarısında həyata keçiriləcək tədbirlər və İdarə Heyətinin 2016-cı ilin ikinci yarımilliyinə dair iş planı müzakirə , YAP İdarə Heyətinin 2016-cı ilin birinci yarımillik fəaliyyəti haqqında hesabatı qəbul edilib. Qeyd olunub ki, 2016-cı ildə də Azərbaycanın iqtisadi və sosial həyatında inkişaf uğurla davam etdirilib.
Bəhs edilən dövrdə 90 saylı Agdaş seçki dairəsində təkrar parlament seçkisi keçirilib.

Parlament seçkisində yaxından iştirak edən YAP qələbə qazanıb və bununla da hakim partiyanı parlamentdə təmsil edən deputatların sayı 72 nəfərə çatıb. Vurğulanıb ki, Prezident İlham Əliyevin Azərbaycanın tərəqqisi, inkişafı, xalqın rifahının yüksəldilməsi, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsi və digər sahələrdə gördüyü işlər seçki kampaniyasında əsas yer tutub.

2016-cı ilin müvafiq dövründə YAP müxtəlif xarakterli bir sıra mühüm tədbirlər həyata keçirməklə ölkənin ictimai-siyasi həyatında yaxından iştirakını davam etdirib. YAP beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində səylərini uğurla davam etdirib. Xüsusilə müxtəlif ölkələrin aparıcı partiyaları və demokratik təsisatları ilə YAP arasında işgüzar və səmimi münasibətlər daha da genişləndirilib, bir sıra mühüm görüşlər keçirilib.

Qeyd olunub ki, 2016-cı ilin birinci yarım ilində YAP-ın sıralarına 13 min nəfərdən çox yeni üzv qəbul edilib, bununla da partiya üzvlərinin sayı 679 min nəfəri keçib. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edib.

İclasda YAP İdarə Heyətinin 2016-cı ilin birinci yarım ilinə dair hesabatı, İdarə Heyətinin 2016-cı ilin ikinci yarımilliyinə dair iş planı geniş müzakirə olunduqdan sonra qəbul olunub.
İdarə Heyətinin iclasının gündəliyində duran digər məsələ “Yeni Azərbaycan” və “Səs” qəzetinin fəaliyyəti ilə bağlı hesabatın dinlənilməsi ilə bağlı olub.(gununsesi.info)

İnterpress.az