Türkiyənin Giresun əyalətində “S70” tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı açıqlanıb.
Türkiyə mediasının verdiyi xəbərə görə, hadisə nəticəsində 7 nəfər ölüb, 8 nəfər ağır yaralanıb.
Qeyd edək ki, qəza zamanı helikopterin göyərtəsində 15 nəfər olub. Onlar jandarma qüvvələrinin yüksək rütbəli zabitləri, onların həyat yoldaşları və üç uşaq olub.
Helikopterdə həmçinin əyalət jandarma rəisi, general Mustafa Doğru da olub.
Ölənlərin ikisi zabit, ikisi onların həyat yoldaşı, ikisi isə uşaqdır.
Məlumata görə, nümayəndə heyəti hərbi əməliyyatlarda şəhid olan hərbçilərin ailələrinə baş çəkməyə gedirmiş.
20:16
Türkiyənin Giresun əyalətində göyərtəsində 11 nəfərin olduğu Hərbi-Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb. Modern.az saytı xəbər verir ki, helikopterin göyərtəsində əyalətin jandarma rəisi Mustafa Doğru daxil olmaqla 11 nəfər olub. Hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub. İlkin məlumata görə, qəzada bir nəfər ölüb, iki nəfər yaralanıb.
Hadisə ilə bağlı hələlik rəsmi məlumat yayılmayıb.
İnterpress.az