Bu haqda “Basta”ya məlumat verən vəkil qeyd edib ki, gənc fəal özünü normal hiss edir və saxlanma şəraitindən şikayəti yoxdur.
Bayram Məmmədov və Qiyas İbrahimov mayın 10-da saxlanıb. NİDA Vətəndaş Hərəkatı onların Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentinə yazılan şüarlara görə saxlanıldığını açıqlamışdı.
Sosial şəbəkələrdə Mərkəzi Bank ilə üzbəüz bağdakı abidənin fotosu yayılmışdı. Abidənin üzərində iki tərəfdən ağ boya ilə Azərbaycan və ingilis dillərində «Qul bayramınız mübarək!», ön tərəfdə isə «F… the system!» sözləri yazılmışdı.
Mayın 12-də Xətai rayon məhkəməsi gənc fəallar haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib. Daxili İşlər Nazirliyinin məlumatına görə, gənclərin hər birinin üstündən 2 qram, evlərindən isə 1 kiloqramdan artıq heroin çıxıb.
Beynəlxalq qurumlar gənc fəalların siyasi motivlə həbs olunduğu barədə bəyanatlar yayıblar.
Mayın 16-da B.Məmmədovun ona dəhşətli işgəncələr verilməsi ilə bağlı məktubu yayılıb.
Əlaqəli qurumlar indiyədək gənc fəalın məktubunu şərh etməyiblər.(bastainfo.com)
İnterpress.az