Müsahibənin mövzusu ancaq Rusiya prezidenti Vladimir Putinin irəli sürdüyü “Avrasiya ittifaqı” ideyası barədə olub.
Qərbin keçmiş sovet respublikalarında “məxməri inqilab”la devirdiyi və o vaxtdan bəri Rusiyada sığınacaq alan Əsgər Akayev deyib ki, Avrasiya İttifaqı ideyası tamamilə yerinə düşür və o, ideyanı dəstəkləyir. Akayev ideyanın Putin tərəfindən irəli sürüldüyünü və cəmi iki il keçsə də artıq Avrasiya İqtisadi İttifaqının fəaliyyət göstərdiyini deyib.
Akayev bu ideyanın Çini, Hindistanı da birləşdirən “Böyük Avrasiya” təşəbbüsünün bir hissəsi olduğunu deyib. Onun sözlərinə görə, bu təşəbbüsün gələcəyi var. “Böyük Avrasiya”nın struturlaşması prosesi artıq gedir. Şanxay Əməkdaşlıq Təşkilatına yeni üzvlər qəbul olunur. Çinlə Rusiya arasında əməkdaşlıq dərinləşir. Tədricən bu Avrasiya İttifaqı ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında yeni formatda ticarət əlaqələrinə çevriləcək”-Akayev deyib.
Qırğızıstanın keçmiş prezidenti Azərbaycanın da gələcəkdə Avrasiya İttifaqına üzv olacağına əmin olduğunu bildirib. Onun fikrincə, Türkiyəni heç kim Avropa İttifaqına qəbul etməyəcək və bu ölkə nəticədə Avrasiya İttifaqına üz tutacaq. “Mən əminəm ki, Özbəkistan, Azərbaycan, Gürcüstan, Ukrayna-onların hamısı iqtisadi inteqrasiyanın uğurlarını görüb bu ittifaqa üz tutacaq, mən buna əminəm. Nəticədə daha geniş səlahiyyətlərə, idarəetmə orqanlarına malik Avrasiya İttifaqı meydana çıxacaq.
Mən hesab edirəm ki, bu təşəbbüs, Vladimir Vladimiroviç Putinin təşəbbüsü çox uzaqgörən strategiyadır.
O, bütün Avrasiya ölkələrinə fayda verəcək”-Akayev deyib. (virtualaz.org)
İnterpress.az