Kiş kəndinin rayon mərkəzi ilə əlaqəsi bərpa olundubackend

Kiş kəndinin rayon mərkəzi ilə əlaqəsi bərpa olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bununla da Kiş kəndinin rayon mərkəzi ilə əlaqəsi bərpa olunub.

“Azəravtoyol” ASC-dən Trend-ə verilən məlumata görə, Kiş çayının məcrasına yerləşdirilən 12 paqon-metr uzunluğunda suötürücü dəmir-beton boruların üzərindən xüsusi texnikanın köməyi ilə yeni salınan müvəqqəti yol 4 metr enindədir.

Hazırda Kiş çayı üzərində yerləşən və sel suları nəticəsində dağılmış körpünün bərpa edilməsi istiqamətində hazırlıq işləri görülür. Bunun üçün hazırda layihə-smeta sənədləri hazırlanır, ərazidə geoloji-kəşfiyyat işləri aparılır.

Xatırladaq ki, iyul ayının 3-ü gecə saatlarında Şəki rayonu ərazisində yerləşən yerli əhəmiyyətli Şəki-Kiş avtomobil yolunun 1-ci kilometriliyində, Kiş çayı üzərində yerləşən iki aşırımlı avtomobil körpüsünün orta dayağını dağlardan gələn lil-sel kütləsi yuyub aparıb. Nəticədə körpünün hər iki aşırımı uçduğundan Kiş kəndinin rayon mərkəzi ilə avtonəqliyyat əlaqəsi tamamilə kəsilmişdir. Kiş çayında dağlardan gələn lil-palçıq tullantılarının qalınlığı təxminən 1-1,5 metr idi.

Təbii fəlakətin baş verdiyi əraziyə dərhal “Azəravtoyol” ASC-nin mütəxəsisləri və ağır texnikası cəlb olunmuşdu. Avtonəqliyyat vasitələrinin rayon mərkəzi ilə əlaqəsi yalnız Oxud yolundan istifadə etməklə mümkün idi ki, bu yolun da uzunluğu təxminən 10 kilometrdir.

İnterpress.az