İraqlılar 250 nəfərin ölümülə nəticələnən terror baş verən küçədə bayram namazını qılıblar…
Qeyd edək ki, 17 iyunda Bani-Saad şəhərinin mərkəzi bazarında avtomobil partladılıb. Partlayış sakinlərin müqəddəs Ramazan bayramı ilə əlaqədar bazarda toplaşdığı an törədilib.
İnterpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İŞİD terror qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Məlumata görə, avtomobildə 3 ton partlayıcı maddə olub.
İnterpress.az