Nalbandyan vəzifəsindən gedir?backend

Nalbandyan vəzifəsindən gedir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan istefaya hazırlaşır. Bu iddialar erməni mətbuatında yer alıb. Erməni mətbuatının yaydığı məlumata görə, o, bundan sonra Ermənistanın Fransadakı səfiri vəzifəsini yerinə yetirəcək.

Mənbənin məlumatına görə, Ermənistanın Fransadakı səfiri Viqen Çiteçyanın bu ay 75 yaşı tamam olub və səfir vəzifəsindən getmək üçün bir neçə dəfə ərizə verib. Lakin hər dəfə ona bir az gözləmək məsləhət görülüb. Çünki Çiteçyanın yeri əvvəllər də bu vəzifəni yerinə yetirən Nalbandyan üçün saxlanılıb.

Bildirilir ki, XİN başçısı kimi Nalbandyanın yerinə artıq bir neçə mümkün namizəd də var. Onlar əsasən Serj Sarkisyanın administrasiyasının gənc əməkdaşlarıdır. Ən iddialə namizəd kimi isə prezident aparatının rəhbəri Viqen Sarkisyanın adı çəkilir.

Nalbandyan vəzifəsindən gedir?

Viqen Sarkisyan – prezident aparatının rəhbəri

Edvard Nalbandyan – 1956-cı ildə Ermənistanda anadan olub. O, 1978-1983-cü illərdə SSRİ-nin Liviya səfirliyində, 1983-1986-cı illərdə SSRİ Xarici İşlər Nazirliyində çalışıb. 1986-1992-ci illərdə Misir səfirliyində (əvvəl SSRİ, sonra Rusiyanın) müşavir vəzifəsində çalışıb.

1992-ci ildən Ermənistanı Misirdə, Mərakeşdə, Omanda təmsil edib. 1999-cu ildən Fransada səfir olub. Xarici işlər naziri postuna 2008-ci ildə gətirilib. (ans)

İnterpress.az